Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək.
İncəsənət
20 May , 2024 19:42
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

"Milli" statusu alan iki teatrın adı dəyişdirilir və işçilərinin əməkhaqqına 50 faiz əlavə olunur.

Bununla bağlı "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusunun verilməsi həmin teatrların adında və fəaliyyətində özünü göstərəcək.

Hər iki teatra "milli" statusunun verilməsi "Teatrlara "akademik" və "milli" statusunun verilməsi Qaydası"na uyğun qərara alınıb.

Teatrlara “milli” statusu onların milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, uzun illər səmərəli fəaliyyəti, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri, 10 illik proqnoz göstəriciləri və digər meyarlar nəzərə alınmaqla Mədəniyyət Nazirliyinin təqdimatı əsasında Nazirlər Kabineti tərəfindən verilib.

Bununla bərabər, status alan teatrların adına "milli" sözünün əlavə edilməsi də nəzərdə tutulur. Bu, mövcud qaydalara uyğun həyata keçiriləcək. Teatrların adları bundan sonra Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Milli Dram Teatrı şəklində qeyd ediləcək.

Xatırladaq ki, mayın 16-da Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib.

Son xəbərlər

Orphus sistemi