Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan 2018-ci ildə Belarusun paytaxtı Minskdə keçiriləcək "Junior Eurovision Song Contest 2018" mahnı müsabiqəsində təmsil olunacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar 2017-ci ildə juri tərəfindən verilib.
Qeyd edək ki, müsabiqəyə qatılacaq ölkələrin siyahısı artıq rəsmi şəkildə elan olunub. Builki yarışmada əvvəlki illərdən daha çox ölkə iştirak edəcək. Onların arasında Azərbaycanla yanaşı, Albaniya, Ermənistan, Avstraliya, Belarus, Fransa, Makedoniya, Gürcüstan, İrlandiya, İsrail, İtaliya, Qazaxıstan, Malta, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Niderland, Uels və Ukrayna da var. Müsabiqəyə normal olaraq 18-dən çox ölkə qatılmır. Lakın təşkilatçılar İsrailin "Eurovision Song Contest 2018"də qalib gəlməsindən sonra belə bir qərar qəbul ediblər.
Builki müsabiqənin loqosu yüksələn ulduz olacaq. Rəsmin müəllifi Maksim Bucasdır. Müəllif rəsmi Belarus şairi Maksim Boqdanoviçin "Zorka Venus" adlı bir şeirindən ilhamlanaraq ərsəyə gətirdiyini bildirib.
Tədbirin şüarı isə "Light up!” olacaq.