Azərbaycan filmləri “CayFilm” Kayman Festivalında nümayiş olunacaq

Azərbaycan filmləri “CayFilm” Kayman Festivalında nümayiş olunacaq Festival 30 iyun - 3 iyul tarixlərində Kayman adalarında keçiriləcək
İncəsənət
1 May , 2017 13:43
Azərbaycan filmləri “CayFilm” Kayman Festivalında nümayiş olunacaq

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan filmləri “CayFilm” Kayman Beynəlxalq Film Festivalında nümayiş olunacaq

“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, Şamil Əliyevin “Çölçü”, İlqar Safatın “İçəri Şəhər” filmləri “CayFilm” Kayman Beynəlxalq Film Festivalına dəvət alıb.

Festival 30 iyun - 3 iyul tarixlərində Kayman adalarında keçiriləcək.

Filmlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu rejissoru Şamil Əliyev, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Həsənov, Salome Demuria, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.

“İçəri Şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

Son xəbərlər

Orphus sistemi