Bakı. 11 aprel. REPORT.AZ/
"Report" xəbər verir ki, yubiley gecəsinə təşrif buyuran qonaqlar əvvəlcə foyedə yaradılan Vaqif Mustafazadə guşəsi ilə tanış olublar. Bənzərsiz caz ustasının həyat hekayəsini anlatan foto-stend qonaqlara təqdim edilib.
Yubiley mərasimi cazmenin ömür yolundan bəhs edən videoçarxın nümayişi ilə başlayıb. Vaqif Mustafazadə caz-muğam üslubunun banisi idi. Məhz bu səbədən də yubiley gecəsi muğam ifası ilə başlanıb.
Yubiley gecəsinin iştirakçılarına əsl caz ziyafəti verilib. İlk çıxış SSRİ xalq artisti
Gecədə İsfar Sarabski, Dövlət Mahnı Teatrının yeni yaradılan simfonik orkestri bədii rəhbər Salman Qəmbərovun iştirakı ilə maraqlı caz nümunələri təqdim edib.
Tədbir Vaqif Mustafazadənin səs yazısı və görüntüləri ilə davam edib.
Yubiley gecəsində hər kəsin gözü Vaqif Mustafazadənin qızı, dünya şöhrətli Əzizə Mustafazadəni axtarsa da, o, atasının 75 illik yubileyində iştirak etməyib.
Qeyd edək ki, V.Mustafazadə 1940-cı il martın 16-da İçərişəhərdə dünyaya gəlib.Anası Zivər xanım dahi Üzeyir bəyin tələbəsi olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olub. Onu əsl musiqiçi kimi anası Zivər xanım yetişdirib.
1963-cü ildə V.Mustafazadə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib. Konservatoriyanı bitirdikdən sonra 1964-cü ildə "Orero" an
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Vaqifin yeni devizi Caz-Muğam adlanır. V.Mustafazdə Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrolda olarkən ürək tutmasından vəfat edib.