Azərbaycan akrobatları beynəlxalq festivalda gümüş medal qazanıb

Azərbaycan akrobatları beynəlxalq festivalda gümüş medal qazanıb II Beynəlxalq sirk sənəti festivalı Çinin Çjuhay şəhərində keçirilib
İncəsənət
6 Noyabr , 2015 11:02
Azərbaycan akrobatları beynəlxalq festivalda gümüş medal qazanıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan akrobatları Yuliya Makarova və Alik İsrafilov Çinin Çjuhay şəhərində keçirilən II Beynəlxalq sirk sənəti festivalında gümüş medal qazanıb. "Report" TASS-a istinadən xəbər verir ki, festivalın qızıl medallarını Türkmənistandan olan "Qalkınış" qrupu (cigitlər) və Çinin "Group Foot Juggling Act" akrobat qrupu əldə edib.

Festivalın münsiflər heyətinin tərkibində Monte-Karlodakı Beynəlxalq sirk festivalının vitse-prezidenti Karlo Urs, Çarli Çaplinin oğlu Yucin Çaplin, Böyük Moskva Sirkinin birinci müavini Tatyana Zapaşnaya, "Rosqossirk" şirkətinin baş direktoru Vadim Qaqloyev, Latinadakı (İtaliya) beynəlxalq sirk festivalının prezidenti Fabio Montiko, İjesk dövlət sirkinin rəhbəri Dmitri İvanov yer alıb.

Son xəbərlər

Orphus sistemi