Ankarada azərbaycanlı heykəltəraş Səid Rüstəmin yaradıcılıq sərgisi keçirilib

Ankarada azərbaycanlı heykəltəraş Səid Rüstəmin yaradıcılıq sərgisi keçirilib Sərgi 2017-ci il yanvarın 10-na qədər davam edəcək
İncəsənət
28 Dekabr , 2016 15:57
Ankarada azərbaycanlı heykəltəraş Səid Rüstəmin yaradıcılıq sərgisi keçirilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Dekabrın 27-də Türkiyənin paytaxtı Ankara şəhərində azərbaycanlı heykəltəraş Səid Rüstəmin 60 yaşı münasibətilə yaradıcılıq sərgisi keçirilib.

"Report" TRT-yə istinadən xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə baş tutub.

Səfirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, müavini Fırat Purtaş, TÜRKSOY-un Azərbaycan nümayəndəsi Elçin Qafarlı, ziyalılar, media orqanları, o cümlədən heykəltəraşın yaxınları iştirak ediblər.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Türkiyənin bir çox bölgələrini Səid Rüstəmin heykəllərinin bəzədiyini, Türkiyədə onun Azərbaycan əsilli heykəltəraş kimi tanındığını bildirib və ona Türk dünyasına göstərdiyi xidmətlərə görə təşkilatın mükafatını təqdim edib.

Səfir Faiq Bağırov Səid Rüstəmi Azərbaycanın Türkiyədə fəxr olunası yaradıcı insanlardan biri olduğunu söyləyib: "O, 24 ildir qardaş ölkədə böyük heykəllərin hazırlanması və qoyulması ilə tanınır. Səid Rüstəm Azərbaycanla bağlı Ankarada və Türkiyənin digər şəhərlərində keçirilən bütün tədbirlərdə iştirak etdiyinə görə bizim üçün qiymətlidir".

Sərgi 2017-ci il yanvarın 10-na qədər davam edəcək.

Son xəbərlər

Orphus sistemi