Alim Qasımov Cenevrədə konsert verəcək

Alim Qasımov Cenevrədə konsert verəcək Xalq artisti bu gecə İsveçrəyə yola düşür
İncəsənət
102
18 İyun , 2015 13:02
Alim Qasımov Cenevrədə konsert verəcək

Bakı. 18 iyun. REPORT.AZ/ Xalq artisti, muğam ustası Alim Qasımov iyunun 20-də İsveçrənin Cenevrə şəhərində konsert verəcək.

Bu barədə "Report"a xalq artistinin mətbuat katibi Səadət Möhübbətova bildirib.

O, Ramazan ayının hər il Alim Qasımov üçün gərgin keçdiyini deyib: "Bu gün Alim müəllim Ramazanın ilk orucunu tutub. Gecə isə səfərə gedir. O, qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə iyunun 20-də Cenevrədə konsert proqramı ilə çıxış edəcək".

S.Möhübbətova bildirib ki, iyunun 21-də isə Alim Qasımov Cenevrədə ustad-dərsi keçirəcək: "Qastrol səfərinin təşkilatçısı "Aga Khan" Musiqi Fondudur. Fondun sədri özbək əsilli Feyruz Nişanovadır. Dünyanın ən görkəmli 6 min musiqiçisi fondun üzvüdür".

A.Qasımov iyunun 23-də Azərbaycana qayıdacaq.  

Son xəbərlər

Orphus sistemi