“Yandex”in Azərbaycandakı bazar payı ardıcıl olaraq 3-cü aydır azalır
- 06 mart, 2025
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin fevral ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 86,9 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvar ayına nisbətən 1,96 faiz bəndi çox, 2024-cü ilin fevral ayı ilə müqayisədə 4,88 faiz bəndi azdır.
İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 1,95 faiz bəndi azalaraq, illik isə 4,49 faiz bəndi artaraq 11,39 % olub. Bu axtarış sisteminin bazar payı ardıcıl olaraq üçüncü aydır azalır.
Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,05 faiz bəndi, illik isə 0,11 faiz bəndi artaraq 1,03 %-də qərarlaşıb.
Dördüncü yerdəki “Yahoo”nun bazar payı yanvara nisbətən sabit qalıb, illik müqayisədə isə 0,13 faiz bəndi artaraq 0,36 % təşkil edib.
İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı ay ərzində 0,07 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,15 faiz bəndi artaraq 0,28 % olub.