"
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "StartUpFest2019"un açılış mərasimində çıxış edən “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov deyib.
D.Bədirxanovun sözlərinə görə, hazırda ASC-nin əməkdaşları tərəfindən hazırlanmış "webGIS" platformasına bir çox qurumlar onlayn şəkildə qoşulub: "Hazırda Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Geodeziya və Kartoqrafiya" MMC-si, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Vergi Xidməti, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, AMEA-nın 7 elmi-tədqiqat institutu bu sistemə onlayn qoşulub".
Onun sözlərinə görə, yaxın gələcəkdə resursun veb servislər şəklində açıq verilənlər olaraq həm daxili, həm də xarici bazar iştirakçılarının istifadəsinə təqdim edilməsi planlaşdırılır: "Bu platformanın tam həcmdə işə düşməsi, peyk təsvirləri ilə yanaşı əlavə dəyər xidmətləri də formalaşdıracaq, ixrac potensialını genişləndirəcək", - “Azərkosmos”un sədr müavini bildirib.