Poçt xidməti göstərən təşkilatların davamlıl fəaliyyəti üçün hökumətin dəstəyi olduqca vacibdir.
Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Poçt İttifaqının (UPU) baş direktoru Marian Osvald bildirib.
Qonaq bu gün Bakıda işə başlamış və 3 gün davam edəcək Avropa və MDB Poçt Liderlərinin I Forumunda iştirak edir. Tədbiri ÜPİ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edib.
"Dünyada məktub dövriyyəsi demək olar ki, yoxa çıxıb. Gələcək üçün sehrli alət və yaxud xidmət yoxdur. Ən böyük fürsət elektron ticarətdir. Amma bu, təkcə çatdırılma xidməti kimi deyil, həm də ixrac fəaliyyəti kimi dəyərləndirilməlidir, ölkənin ÜDM-nə əlavə dəyər qatır”, - deyə o qeyd edib.