“Twitter” şirkətinin gəliri təxminən 40% azalıb

“Twitter” şirkətinin gəliri təxminən 40% azalıb Amerikanın “Twitter” şirkətinin ötən ilin dekabrında gəliri reklam şirkətlərinin əməkdaşlıq etməməsindən sonra təxminən 40% azalıb.
İKT
4 Mart , 2023 08:26
“Twitter” şirkətinin gəliri təxminən 40% azalıb

Amerikanın “Twitter” şirkətinin ötən ilin dekabrında gəliri reklam şirkətlərinin əməkdaşlıq etməməsindən sonra təxminən 40% azalıb.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlir və xalis mənfəətdə təxminən 40% azalma “Twitter” rəhbərliyi tərəfindən investorlara təqdim edilib.

Keçən ilin oktyabrında iş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra “Twitter” özəl şirkətlər kateqoriyasına keçib və artıq maliyyə hesabatlarını dərc etmir.

“CNN”in fevral ayının ortalarında verdiyi məlumata görə, yeni sahibin siyasəti ilə razılaşmadığı üçün reklam verənlərin yarıdan çoxu şirkətlə əməkdaşlığı dayandırıb. Qeyd olunub ki, ötən ilin oktyabrından yanvarın 25-dək aylıq reklam gəlirləri 60%-dən çox azalaraq 127 milyon dollardan 48 milyon dollara düşüb.

Son xəbərlər

Orphus sistemi