“Twitter” koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizəni dayandırıb

“Twitter” koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizəni dayandırıb Amerikanın “Twitter” şirkəti eyniadlı sosial şəbəkədə yeni koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizə tədbirlərini məhdudlaşdırıb.
İKT
30 Noyabr , 2022 02:54
“Twitter” koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizəni dayandırıb

Amerikanın “Twitter” şirkəti eyniadlı sosial şəbəkədə yeni koronavirusla bağlı dezinformasiyanın yayılmasına qarşı mübarizə tədbirlərini məhdudlaşdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı şirkətin saytında məlumat verilib.

"23 noyabr tarixindən etibarən “Twitter” COVID-19 ilə bağlı dezinformasiyanın yayılması ilə mübarizə aparmaq üçün tədbirlər görməyi dayandırdı", - daha əvvəl sahibkar İlon Mask tərəfindən 44 milyard ABŞ dollarına satın alınan şirkət bildirib.

Xatırladaq ki, 2020-ci ilin mart ayında platformanın istifadəçiləri üçün koronavirusun yaratdığı xəstəliyin qarşısının alınmasının səbəbləri və üsulları haqqında yanlış məlumatların minimuma endirilməsi üçün nəzərdə tutulmuş qaydalar toplusu qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi