“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib

“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.
İKT
21 May , 2022 21:47
“TEKNOFEST Azərbaycan”da nümayiş etdiriləcək PUA-lar Bakıya enib

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Bu barədə “Report” Türkiyənin “Baykar” şirkətinin tviter hesabına istinadən xəbər verir.

Təxminən 2 000 km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi