‘’Technest’’ Təqaüd Proqramının 135 iştirakçısı regionlarda işə götürüləcək

‘’Technest’’ Təqaüd Proqramının 135 iştirakçısı regionlarda işə götürüləcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramının 135 iştirakçısı regionlarda işlə təmin olunacaq.
İKT
19 Sentyabr , 2022 16:28
‘’Technest’’ Təqaüd Proqramının 135 iştirakçısı regionlarda işə götürüləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramının 135 iştirakçısı regionlarda işlə təmin olunacaq.

“Report” Agentliyə istinadən xəbər verir ki, bu barədə Azərbaycan HR İnstitutu ilə birgə keçirilmiş nüfuzlu şirkətlərin HR menecerlərinin görüşündə bildirilib.

On beş şirkətin iştirak etdiyi görüşdə İKT üzrə yerli mütəxəssislərin yetişdirilməsini sürətləndirmək, əmək bazarında tələb və təklif arasında balansı tənzimləmək və ən əsası milli İKT kadr bankını yaratmaq əsas müzakirə mövzularından olub. Görüşdə işəgötürənlərin İKT sahəsi üzrə kadr ehtiyacının "Technest" təqaüdçüləri ilə təmin olunması istiqamətində fəaliyyət planı təqdim olunub. Eyni zamanda, görüş iştirakçıları regionlarda İKT üzrə mütəxəssislərin yetişdirilməsi və kadrların bölgələrdə işlə təmin olunması məsələsinə də toxunublar. İlk addım olaraq 135 “Technest” təqaüdçüsünün regionlarda işlə təmin olunması razılaşdırılıb.

Azərbaycan HR İnstitutunun rəhbəri Emil Hüseynov bildirib ki, ‘’Technest’’ təqaüdçüləri hesabına regionlarda İKT üzrə mütəxəssis ehtiyacının qarşılanması olduqca təqdirəlayiqdir. ‘’Təqaüdçülər artıq əmək bazarında rəqabətədavamlı və peşəkar kadrlar kimi tanınırlar. Regionlarda yaşayan gənclərin ödənizsiz olaraq İKT təhsili alması və regionlarda da işlə təmin olması işsizliyin azadılması və əhalinin rifahının artmasına önəmli töhfə verəcək. Bu baxımından ‘’Technest’’in rolu əvəzsizdir’’.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təhsil, təqaüd və rəqəmsal savadlılıq şöbəsinin rəhbəri Fatimə Ələkbərova sözügedən əməkdaşlıqla bağlı bildirib:’’Çox sevindiricidir ki, ‘’Technest’’ brendi arlq əmək bazarında tanınır. Bakı ilə yanaşı regionlarda yaşayan sakinlər üçün də əlçatandır. Hazırda 800-ə yaxın məzunumuz var və onlardan 200-ü tanınmış müəssisələrdə işlə təmin olunub. 2022-2023-cü tədris ilində isə məzunlarımızın sayını 2000-ə çatdırmaq niyyətindəyik. Azərbaycan HR İnstitutu ilə əməkdaşlıq çərçivəsində 135 məzunumuzun regionlarda işlə təmin olunması uğurlu tərəfdaşlığın başlanğıcıdır’’.

Son xəbərlər

Orphus sistemi