‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində yeni kurslara qəbul elan edilib

‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində yeni kurslara qəbul elan edilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra yeni kurslara qəbul açıq elan edilib.
İKT
22 Avqust , 2022 17:54
‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində yeni kurslara qəbul elan edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi ‘’Technest’’ Təqaüd Proqramı çərçivəsində bir sıra yeni kurslara qəbul açıq elan edilib.

Bu barədə “Report”a Agentlikdən bildirilib.

Məlumata görə, qurum dövlət-özəl əməkdaşlığı çərçivəsində gənclərə 3D Dizayn, UX/UI Dizayn və Peşəkar UX/UI ixtisasları üzrə tam və qismən təqaüdlə təhsil almaq fürsətini yaradır. Dərsləri həm yerli, həm də regionun aparıcı mütəxəssisləri tədris edəcək.

Təqaüd proqramında iştirak etmək üçün son müraciət tarixi 30 avqust 2022-ci ildir. Müvafiq elektron keçidə daxil olmaqla kurslar və qeydiyyat haqqında ətraflı məlumat əldə etmək olar. https://bda.edu.az/teqaud-proqrami.

Sözügedən təqaüd proqramı ilə bağlı Agentliyin Səriştə və Bacarıqların inkişafı proqramları departamentinin rəhbəri Elnarə Əlizadə bildirib ki, proqrama qoşulmaq istəyənlərin sayı artıb: “Çox sevindiricidir ki, “Technest” çərçivəsində təhsil tərəfdaşlarımızın sayı artmaqdadır. Ənənəvi yanaşmadan fərqli olaraq yeni tədris ilində tələbələrə tam və qismən təqaüdlərin ayrılması nəzərdə tutulur. Bu format müraciət edənlər arasında sağlam rəqabətin formalaşmasına böyük təkan verəcək. Ümumilikdə 30 nəfər qalib seçilərək təhsil almaq fürsəti əldə edəcək. İmtahan mərhələlərinin nəticəsindən asılı olaraq 30 tələbədən 6-sı 100%, 15-i 90%, 9-u isə 70% təqaüd əldə edə biləcək’’.

“Technest” Təqaüd Proqramı 2021-ci ildən həyata keçirilir. 2022-ci ilin sonuna kimi “Technest” çərçivəsində 1500 gəncin bulud həlləri, bulud inzibatçılığı, böyük məlumatlar bazası, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UX/Uİ” və 3D dizayn kimi müxtəlif istiqamətlər üzrə təhsil alması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi