Sumqayıtda STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub

Sumqayıtda STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub Bu gün Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən İstedad liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılış mərasimi olub.
İKT
21 Sentyabr , 2023 18:10
Sumqayıtda STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub

Bu gün Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt şəhərində yerləşən İstedad liseyinin nəzdində yaradılmış STEAM və İnnovasiyalar Mərkəzinin açılış mərasimi olub.

“Report” xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov iştirak ediblər. Qonaqlar məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, mərkəzin yaradılması istedadlı şagirdlərin potensialının artırılması, eləcə də onların yerli, beynəlxalq olimpiada və müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır.

E. Əmrullayev mərkəzin təhsildə yeni yanaşma, həmçinin innovativ tədris metodlarının tətbiqi baxımından əhəmiyyətli olacağını vurğulayıb. 2023–2024-cü tədris ilində STEAM əsaslı təhsilin əhatə dairəsinin genişləndirildiyini qeyd edən nazir bildirib ki, əsas məqsəd təhsilalanların innovativ ideyalarının reallaşdırılmasında müasir texnologiyaların tətbiqinin təmin olunması, həmçinin süni intellektin iqtisadiyyatın müxtəlif sahələrində istifadəsi bacarıqlarının formalaşdırılmasıdır.

Nazir məktəbdə yaradılmış şəraitin şagirdlər arasından bacarıqlı, yeni çağırışlara cavab verən kadrların formalaşmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

R. Nəbiyev bildirib ki, biz güclü insan kapitalı yaratmaq, ölkəmizi innovasiya məkanına çevirmək üçün ilk növbədə dəqiq elmlər, texnologiyalar və İT üzrə bilikləri artırmalı, bu sahədə mütəxəssislər yetişdirməyə nail olmalıyıq. Yeni mərkəz məhz bu rolu oynayacaq. Burada şagirdlərin riyaziyyat, kimya, informatika, robotiks sahələrində bilik və bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, eləcə də innovativ təhsil layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Açılış mərasimində çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı məktəblilər üçün yaradılan innovativ şəraitə görə təşəkkürünü bildirib.

Daha sonra təhsil müəssisəsinin yeni təmir olunmuş kitabxanasına baxış keçirilib.

16:11

Sumqayıtda yerləşən “İstedad” liseyinin nəzdində STEAM və “İnnovasiyalar” mərkəzinin açılışı olub.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Elm və təhsil naziri Emin Əmrullayevlə birgə mərkəzin açılışında iştirak etdik. İki nazirliyinin dəstəyi ilə yaradılan mərkəzdə riyaziyyat, kimya, informatika, robotiks sahələrində istedadlı şagirdlər aşkar edilərək potensialları inkişaf etdiriləcək, onlar yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanacaq", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, tədbir zamanı liseyin müəllim və şagirdləri ilə görüş keçirilib: "İKT, o cümlədən kibertəhlükəsizliklə bağlı bilikləri artırmağın yolları haqqında danışdıq".

Son xəbərlər

Orphus sistemi