Hüquqi şəxslər üçün SİMA imzanın tarifləri yaxın vaxtda açıqlanacaq

Hüquqi şəxslər üçün SİMA imzanın tarifləri yaxın vaxtda açıqlanacaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelekom” MMC yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilən hüquqi şəxslər üçün SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı rəsmi açıqlama verib.
İKT
19 Avqust , 2022 11:15
Hüquqi şəxslər üçün SİMA imzanın tarifləri yaxın vaxtda açıqlanacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “AzInTelekom” MMC yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilən hüquqi şəxslər üçün SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı rəsmi açıqlama verib.

Şirkətdən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, SİMA bulud əsaslı yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün tamamilə ödənişsizdir.

SİMA rəqəmsal imzanın hüquqi şəxslər və sahibkarlar üçün nəzərdə tutulan yeni xidmətinin yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Yeni xidmət üçün tətbiq ediləcək tariflərlə bağlı hazırda müzakirə aparılır. Xidmət ictimaiyyətə açıqlandıqda tariflər barədə də ətraflı məlumat təqdim ediləcək.

Vətəndaşlar SİMA bulud əsaslı yeni nəsil rəqəmsal imzanı "Android" və "iOs" əməliyyat sistemlərindən yükləyə bilərlər.

Şirkətin digər məhsulu - əvvəllər “Elektron imza” kimi tanınan və bir müddət öncə rebrendinq edilərək “SİMA Token” adı altında təqdim olunan məhsulla bağlı da “AzInTelecom”dan ətraflı məlumat verilib: “SİMA Token Azərbaycanda istifadəyə verilən ilk elektron imzadır və 2011-ci ildən əhalinin müxtəlif təbəqələrinə, yəni vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Hazırda SİMA Token-in satışı gündəlik qaydada davam edir. Onların qiymətləri vətəndaşlar üçün 18 manat, fərdi sahibkarlar üçün 36 manat, dövlət qurumları üçün 58 manat, hüquqi şəxslər üçün isə 72 manatdır. Bütün SİMA tokenləri 3 illik təqdim edilir. Sifariş edəcəyi sertifikatı (Vətəndaş; Fiziki şəxs; Hüquqi şəxs; Dövlət işçiləri) və daşıyıcını (USB token) müəyyən edən istifadəçi sənədlərini toplayaraq ona rahat olan aşağıdakı üsullardan birinə müraciət etməklə sifariş edə bilər. www.token.sima.az saytı üzərindən müraciət etməklə, Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzindən, digər bölgələrdə isə “Azərpoçt” MMC-nin poçt filiallarından, müraciət etdikdən sonra 3 iş günü ərzində sifariş edilən elektron imza sertifikatı hazır olur". 

Son xəbərlər

Orphus sistemi