Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza maliyyə qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza”nın fərdi sahibkar həllinin növbəti tərəfdaşı “Bank VTB Azərbaycan" ASC olub.
Tərəfdaşlığa əsasən, sahibkarlar və vətəndaşlar “SİMA İmza” vasitəsilə banka getmədən, hətta qeyri-iş saatlarında belə, kredit üçün müraciət edə bilərlər. Təklifdən yararlanmaq üçün
“Bank VTB Azərbaycan" xüsusilə sahibkarlar üçün SİMA rəqəmsal imza ilə geniş imkanlar təqdim edir. Belə ki, sahibkarlar “SİMA İmza” vasitəsilə iş yerini tərk etmədən 15 min manata qədər mikrokredit ala bilərlər. Bundan başqa, vətəndaşlar “SİMA İmza” ilə 40 min manatadək krediti güzəştli faizlə əldə edə bilərlər. “SİMA İmza” ilə kredit müraciəti edən müştərilər üçün əlavə olaraq 1 %-ə qədər güzəşt tətbiq olunur.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı
“Bank VTB Azərbaycan" məhsulları haqqında məlumatı