SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün olub

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün olub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-ni yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası təkmilləşdirilib.
İKT
12 Oktyabr , 2022 10:51
SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-ni yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası təkmilləşdirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, I mərhələdə Prezident yan;nda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin idarə etdiyi “ASAN Login”ə veb-səhifə üzərindən SİMA ilə giriş imkanı yaradılmışdı. Təkmilləşdirmə işləri nəticəsində vətəndaşlar artıq mobil telefonda da SİMA ilə bu sistemə daxil ola bilərlər. Bunun üçün mobil cihazın veb-brauzerində “ASAN Login” sisteminə giriş edərkən “SİMA imza ilə” bölməsinə keçid edib “Daxil olun” düyməsinə klik edərək bir neçə saniyədə əməliyyatı yekunlaşdırmaq olar.

İstifadəçilər mobil cihazlar üzərindən “ASAN Login” sisteminə daxil olmaq üçün SİMA mobil tətbiqini yükləmiş və qeydiyyatdan keçərək rəqəmsal imzanı əldə etmiş olmalıdırlar.

Prosesi həyata keçirmək üçün hazırlanmış təlimat videosu ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla buraya inteqrasiya olunmuş 90 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi