Selçuk Bayraktar: "Yüksək texnologiyalara maraq göstərən ölkələr daim azad olub"

Selçuk Bayraktar: "Yüksək texnologiyalara maraq göstərən ölkələr daim azad olub" "Azərbaycanda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına böyük maraq ölkənin yüksək texnologiyaların inkişafında maraqlı olması ilə bağlıdır. Bu cür ölkələr isə daim azad olub".
İKT
25 May , 2022 17:08
Selçuk Bayraktar: Yüksək texnologiyalara maraq göstərən ölkələr daim azad olub
Selçuk Bayraktar

"Azərbaycanda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalına böyük maraq ölkənin yüksək texnologiyaların inkişafında maraqlı olması ilə bağlıdır. Bu cür ölkələr isə daim azad olub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və Festivalın İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.

"TEKNOFEST" ilk dəfə 2018-ci ildə İstanbulda şəhərində keçirilib və tədricən genişlənərək dünyanın ən böyük festivalı olub. Azərbaycanda ona böyük maraq olması əhəmiyyətlidir. Biz iki ölkə nə vaxt bir yerdə olduqsa qazandıq, nə vaxt ayrı olduqsa itirdik. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm ki, bu layihəni dəstəklədilər və bu festivalın keçiriməsini himayə etdilər", - deyə o, qeyd edib.

S.Bayraktar rəhbərlik etdiyi "Baykar" şirkətinin Azərbaycanla bağlı layihələrinin olduğunu qeyd edib, "Akıncı" və "Bayraktar tb2 "ilə bağlı layihələrin dost ölkələrdə reallaşdırılmasının tərəfdarı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi