“Samsung Internet” Azərbaycandakı bazar payının 29 %-ni itirib

İKT
  • 06 yanvar, 2025
  • 10:46
“Samsung Internet” Azərbaycandakı bazar payının 29 %-ni itirib

Ötən ilin dekabr ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,07 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 0,21 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 1,15 faiz bəndi azdır.

İkinci pillədəki “Safari”nin bazar payı aylıq 0,56 faiz bəndi, illik isə 0,22 faiz bəndi artaraq 10,48 % olub.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı 2024-cü ilin noyabr ayına nisbətən 0,22 % artaraq, 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,5 faiz bəndi azalaraq 3,7 % təşkil edib. İl ərzində bu platformanın bazar payı 29 % azalıb.

Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,07 faiz bəndi azalaraq, illik isə 0,53 faiz bəndi artaraq 2,87 % təşkil edib.

İlk beşliyi qapadan “Yandex Browser”in bazar payı aylıq 0,2 faiz bəndi azalaraq, illik isə 1,09 faiz bəndi artaraq 1,89 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 79,71 % (ay ərzində 0,35 faiz bəndi və il ərzində 0,07 faiz bəndi azalıb)

“Edge” – 7,17 % (aylıq 0,22 faiz bəndi və illik 1,15 faiz bəndi çox)

“Opera” – 5,38 % (aylıq 0,11 faiz bəndi çox və illik 0,91 faiz bəndi az)

“Safari” – 2,9 % (aylıq 0,43 faiz bəndi və illik 0,71 faiz bəndi az)

“Firefox” – 2,07 % (aylıq 0,01 faiz bəndi və illik 0,04 faiz bəndi az)

Mobil cihazlarda:

“Chrome” – 76,84 % (aylıq 0,37 faiz bəndi və illik 2,33 faiz bəndi az)

“Safari” – 13,47 % (aylıq 1,05 faiz bəndi və illik 1,7 faiz bəndi çox)

“Samsung Internet” – 5,19 % (aylıq 0,26 faiz bəndi və illik 1,34 faiz bəndi az)

“Opera” – 2,09 % (aylıq 0,12 % az və illik 0,73 faiz bəndi çox)

“Yandex Browser” – 1,78 % (aylıq 0,28 faiz bəndi az və illik 1,23 faiz bəndi çox)

Planşetlərdə:

“Chrome” – 93,03 % (aylıq 1,93 faiz bəndi və illik 19,84 faiz bəndi çox)

“Safari” – 4,13 % (aylıq 1,73 faiz bəndi və illik 13,59 faiz bəndi çox)

“Android” – 2,37 % (aylıq 0,06 faiz bəndi və illik 1,89 faiz bəndi az)

“Opera” – 0,26 % (aylıq 0,06 faiz bəndi çox və illik 3,71 faiz bəndi az)

“Yandex Browser” – 0,17 % (aylıq 0,14 faiz bəndi və illik 0,35 faiz bəndi az)

Son xəbərlər

Bütün Xəbər Lenti