“Samsung” Azərbaycanın planşet bazarındakı payının 15 %-ni itirib
- 12 fevral, 2024
- 08:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 47,77 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, ilin əvvəlinə nisbətən 8,43 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 8,62 faiz bəndi azdır. Beləliklə də son bir ildə “Samsung” planşet bazarındakı payının 15,3 %-ni itirib.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 4,68 faiz bəndi və 8,67 faiz bəndi artaraq 32,26 %-ə çatıb.
Növbəti yerdə qərarlaşan tanınmayan brendin bazar payı müvafiq olaraq 3,85 faiz bəndi artaraq və 2,09 faiz bəndi azalaraq 7,75 % olub.
Dördüncü pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 0,75 faiz bəndi azalaraq və 1,7 faiz bəndi artaraq 7,27 % təşkil edib.
İlk beşliyi 1,91 %-lik bazar payı ilə “Huawei” qapayır. Onun bazar payı ilin əvvəlinə nisbətən 0,63 faiz bəndi artıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,72 faiz bəndi azalıb.