Samir Rəsulov: “Kibertəhlükəsizlik sahəsində yeni yanaşmalara ehtiyac yaranıb”

Samir Rəsulov: “Kibertəhlükəsizlik sahəsində yeni yanaşmalara ehtiyac yaranıb” S. Rəsulov bu istiqamətdə iş aparıldığını vurğulayıb: “Bu məqsədlə xüsusi mərkəz də yaradılıb və  orada müvafiq tədqiqatlar aparılır”.
İKT
26 Oktyabr , 2023 14:51
Samir Rəsulov: “Kibertəhlükəsizlik sahəsində yeni yanaşmalara ehtiyac yaranıb”

Kibertəhlükəsizlik sahəsində yeni yanaşmalara ehtiyac yaranıb.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərivəsində təşkil olunan konfransda deyib.

Onun sözlərinə görə, bu gün dünya bazarında hər gün yeni tətbiqlər, yeni sistemlər istifadəyə verilir: “Onların qorunmasın təmin edən həllər ömrü çox qısadır. Kibertəhlükəsizlik sahəsində hər hansı həllin ömrü bəzən bir neçə ay olur. Bu, kibertəklükəsizlik üçün ciddi problem yaradır. Buna görə aidiyyəti qurumların təhlükəsizlik məsələsinə yanaşması dəyişib”.

O qeyd edib ki, bu gün süni intellektdən istifadə etməklə bütün proseslər avtomatlaşdırılıb: “Bu deməkdir ki, yeni yanaşma formalaşmalıdır. Artıq hamı başa düşür ki, biz bütün təhdidlərə qarşı öz sistemlərimizi qoruya bilmərik. Burada əsas vacib məsələ odur ki, biz təhdid və hücumu vaxtında aşkar edək və fəsadlarını aradan qaldıraq”.

S. Rəsulov bu istiqamətdə iş aparıldığını vurğulayıb: “Bu məqsədlə xüsusi mərkəz də yaradılıb və orada müvafiq tədqiqatlar aparılır”.

Son xəbərlər

Orphus sistemi