Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb" Azərbaycanda rəqəmsal inkişafı istiqamətləndirən strategiya 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes.
İKT
30 Sentyabr , 2024 15:24
Samir Məmmədov: Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb
Samir Məmmədov

Azərbaycanda rəqəmsal inkişafı istiqamətləndirən strategiya 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "KOB-ların Rəqəmsallaşma proqramı"nın təqdimat mərasimində bildirib.

"Məqsədimiz bu strategiyadan yola çıxaraq rəqəmsallaşmanın miqyasını hər istiqamət üzrə genişləndirməkdir. Son illərdə ölkəmizdə rəqəmsallaşma sahəsində həyata keçirilən qanunvericilik təşəbbüsləri daha sürətli transformasiyaya zəmin yaradıb. Qanunvericilikdə edilən dəyişikliklərə əsasən şəxsiyyət vəsiqəsi və bir sıra mühüm sənəd məlumatlarının "mygov" tətbiqi vasitəsilə təqdim edilməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulur. Bundan əlavə, valideyn olmaq, nikaha girmək, yaxın bir şəxsinizin vəfat etməsi kimi vacib həyat hadisələri zamanı zəruri olan dövlət orqanlarının xidmətləri artıq "mygov" platformasında tam rəqəmsal formada təqdim olunur", - S. Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi