RİNN: "Rəqəmsal Körpü” layihəsinin icrası demək olar ki, başa çatıb"

RİNN: "Rəqəmsal Körpü” layihəsinin icrası demək olar ki, başa çatıb" Azərbaycanda dövlət qurumlarının rəqəmsallaşdırılması üçün nəzərdə tutulan “Rəqəmsal Körpü” layihəsinin icrası demək olar ki, başa çatıb.
İKT
25 Yanvar , 2024 11:35
RİNN: Rəqəmsal Körpü” layihəsinin icrası demək olar ki, başa çatıb

Azərbaycanda dövlət qurumlarının rəqəmsallaşdırılması üçün nəzərdə tutulan “Rəqəmsal Körpü” layihəsinin icrası demək olar ki, başa çatıb.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nümayəndəsi Elturan Əhmədbəyli Bakıda keçirilən "Ticarətdə qeyri-tarif maneələri" mövzusunda tədbir çərçivəsində təşkil olunmuş "Azərbaycanda informasiya və texnologiya sektoru: problemlər və imkanlar” adlı dəyirmi masada bildirib.

"Rəqəmsallıqla bağlı layihələrimiz əsasən dövlət qurumlarının rəqəmsallaşdırılması ilə bağlıdır. Bunun üçün "Rəqəmsal Körpü” adlı layihəmiz var və bu layihə demək olar ki, tamamlanmaq üzrədir. Bundan əlavə, nazirlik hazırda KOB-ların rəqəmsallaşdırılması ilə bağlı layihənin üzərində çalışır", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi