Rəşad Xalıqov: "Azərbaycanda 22 sənədin rəqəmsallaşdırılması 17 qanunun dəyişdirilməsini tələb edir"

Rəşad Xalıqov: "Azərbaycanda 22 sənədin rəqəmsallaşdırılması 17 qanunun dəyişdirilməsini tələb edir" Azərbaycanda 22-yə yaxın sənədin rəqəmsal formada təqdim olunması üçün 17 qanunda müəyyən dəyişikliklər edilməlidir.
İKT
4 Dekabr , 2024 17:09
Rəşad Xalıqov: Azərbaycanda 22 sənədin rəqəmsallaşdırılması 17 qanunun dəyişdirilməsini tələb edir

Azərbaycanda 22-yə yaxın sənədin rəqəmsal formada təqdim olunması üçün 17 qanunda müəyyən dəyişikliklər edilməlidir.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədr müavini Rəşad Xalıqov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən I Beynəlxalq "Caspian Innovation Forum"da deyib.

"Ümumilikdə qeyd edək ki, plan ondan ibarətdir ki, vətəndaş "myGov" üzərindən dövlət orqanları tərəfindən verilmiş 22-yə yaxın sənədi rəqəmsal formada əldə edə və onu təkrar istifadə edə bilsin. Bu istiqamətdə xüsusi olaraq qanunvericiliklə bağlı böyük işlər görülməlidir. 22 sənəd 17 qanunu əhatə edir. Buna görə də 17 qanunda müəyyən dəyişikliklər olmalıdır ki, bu 22 sənədin hüquqi qüvvəsi təsbit edilsin".

R. Xalıqov, müqayisə üçün bildirib ki, daha öncə 4 sənədin - şəxsiyyət vəsiqəsi, doğum, nikah və ölüm haqqında şəhadətnamələrinin rəqəmsal statusunun qəbul olunması üçün 200-ə yaxın normativ aktda dəyişiklik edilib.

Son xəbərlər

Orphus sistemi