Rəşad Nəbiyev SPECA ilə bağlı yüksək səviyyəli konfransda iştirak edib

Rəşad Nəbiyev SPECA ilə bağlı yüksək səviyyəli konfransda iştirak edib Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) ilə bağlı yüksək səviyyəli konfransda iştirak edib
İKT
31 Oktyabr , 2022 17:40
Rəşad Nəbiyev SPECA ilə bağlı yüksək səviyyəli konfransda iştirak edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) ilə bağlı yüksək səviyyəli konfransda iştirak edib

"Report" xəbər verir ki, bu barədə nazir “Twitter” səhifəsində məlumat verib.

"BMT standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyasını müzakirə etdik", - deyə o, qeyd edib.

Nazirliyin bununla bağlı yaydığı məlumata görə isə, konfrans “Birləşmiş Millətlər Təşkilatının standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyası” mövzusunda keçirilib. Tədbir ölkəmizin Cenevrə şəhərindəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin və BMT-nin Avropa İqtisadi Komissiyası ilə birgə təşkil olunub.

Tədbirdə SPECA ölkələrinin müvafiq qurumlarının, BMT-nin və digər beynəlxalq təsisatların, habelə özəl sektor nümayəndələri iştirak ediblər. Konfransın məqsədi SPECA ölkələri arasında rəqəmsal nəqliyyat bağlantılarının inkişaf etdirilməsində beynəlxalq standartların tətbiq edilməsi və bu sahədə mövcud təcrübə mübadiləsinin aparılmasıdır.

R.Nəbiyev bildirib ki, SPECA üzv ölkələr arasında regional və qlobal iqtisadi inteqrasiyanın təşviqi, milli prioritetlərin maliyyə edilməsi üçün maliyyə resurslarının cəlbi, eləcə də UNECE və UNESCAP standartlarının tətbiqinin stimullaşdırılmasında müsbət rol oynayır. O, Azərbaycanın SPECA-ya 2002-ci ildə qoşulduğunu və fəal üzv olduğunu diqqətə çatdırıb.

Nazir son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir nəqliyyat və logistika infrastrukturunun qurulduğu barədə məlumat verib: “Müxtəlif avtomobil və dəmir yollarının salınması, yeni beynəlxalq hava limanlarının istifadəyə verilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanı beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirib”.

“Bu gün ölkəmiz nəqliyyat infrastrukturuna, xüsusən də Qarabağın avtomobil və dəmir yollarına investisiya yatırmaqda davam edir və şimal nəqliyyat şəbəkələrini cənub və şərq şəbəkələri ilə birləşdirərək regionun tarixi əlaqəsini bərpa edir”, – deyə R.Nəbiyev vurğulayıb.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın müvafiq sahəvi qurumlarının rəhbərləri, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı direktoru Olqa Alqayerova və digər beynəlxalq təsisatların rəhbərləri və nümayəndələri çıxış ediblər. Çıxışlarda konfransın əhəmiyyəti qeyd edilib və birgə həyata keçiriləcək layihələr barədə danışılıb.

Son xəbərlər

Orphus sistemi