Gürcüstan-Azərbaycan əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir

Gürcüstan-Azərbaycan əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkədə rəsmi səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
İKT
4 Aprel , 2022 17:53
Gürcüstan-Azərbaycan əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir

Gürcüstan-Azərbaycan əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilən görüşdə vurğulanıb.

Gürcüstanın hökumət administrasiyasından bildirilib ki, görüşdə həmçinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu, Qara dəniz-Xəzər nəqliyyat marşrutu, Fars körfəzi-Qara dəniz dəhlizi və “yaşıl limanlar” istiqamətlərində uğurlu münasibətlər vurğulanıb.

Qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında koordinasiya edilmiş əməkdaşlıq Avropa-Asiya nəqliyyat dəhlizinə yüklərin cəlb olunması prosesinə şərait yaradır və bu da son nəticədə hər iki ölkənin iqtisadiyyatlarına müsbət təsir göstərir.

Görüşdə regionun inkişafı və uzunmüddətli tərəqqisi üçün sülh və sabitliyin önəmi vurğulanıb.

İ.Qaribaşvilinin sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz regionunda dinc əməkdaşlığı dəstəkləyir və iqtisadiyyat, ticarət, mədəniyyət və digər sahələri əhatə edən məsələlər üzrə regional əməkdaşlığa töhfə verməyə hazırdır.

Bildirilib ki, baş nazirin Gürcüstan, Azərbaycan və Ermənistan arasında dialoq və əməkdaşlıq formatının yaradılmasını nəzərdə tutan sülh təşəbbüsü məhz bu məqsədə xidmət edir.

Söhbət zamanı Ukraynada davam edən hərbi əməliyyatların regionda təhlükəsizliklə bağlı vəziyyətə təsirinə də toxunulub.

Son xəbərlər

Orphus sistemi