Qırğızıstan Azərbaycanın elektron təhlükəsizlik təcrübəsini öyrənmək istəyir

Qırğızıstan Azərbaycanın elektron təhlükəsizlik təcrübəsini öyrənmək istəyir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində Qırğızıstanın rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun başçılıq etdiyi kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüş keçirilib.
İKT
24 İyul , 2024 11:35
Qırğızıstan Azərbaycanın elektron təhlükəsizlik təcrübəsini öyrənmək istəyir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində Qırğızıstanın rəqəmsal inkişaf nazirinin müavini Klim Omelçenkonun başçılıq etdiyi kibertəhlükəsizlik üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, görüşdə Qırğızıstanda Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) yaradılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, kibertəhlükəsizlik üzrə qurumlar arasında əməkdaşlıq sahələri, məlumat mübadiləsi və kadr potensialının artırılması imkanları müzakirə olunub.

Müzakirələrdə Dünya Bankının və Beynəlxalq Telekommunikasiya İttifaqının nümayəndələri də iştirak ediblər.

Tərəflər arasında beynəlxalq əməkdaşlığın qurulması və bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi