Ötən ay Azərbaycanda planşetlərin bazar payı 41 % artıb

İKT
  • 03 aprel, 2024
  • 06:37
Ötən ay Azərbaycanda planşetlərin bazar payı 41 % artıb

Bu ilin mart ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 75,64 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin mart hesabatına istinadən verdiyi məlumata görə, bu, fevrala nisbətən 7,94 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,74 faiz bəndi azdır.

Kompüterlərin bazar payı müvafiq olaraq 8,5 faiz bəndi və 3,66 faiz bəndi azalaraq 23,01 % olub.

Martda planşetlərin bazar payı 1,35 %-də qərarlaşıb ki, bu da fevrala nisbətən 0,56 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,08 faiz bəndi azdır. Beləliklə ötən ay ərzində planşetlərin bazar payı 41,5 % artıb.