Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) şəhid ailəsi üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başladılmış “Məşğulluq marafonu”na qoşulub.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazirliyin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər görülür.
"Bununla da Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və sağlamlıqlarını qurban vermiş qazilərimizin rifahına, o cümlədən məşğulluğunun təminatına dəstək verilməsi sahəsində dövlətimizin gördüyü çoxsaylı işlərə kiçik də olsa töhfə verməyə çalışırıq", - nazirlik bəyan edib.