NETTY Milli internet mükafatının iştirakçılarının sırasından nominantların seçim prosesi başlayıb.
"Report" xəbər verir ki, 1 dekabrdan 7 dekabradək müsabiqənin Ekspert Şurası (Şura hər əsas nominasiya və altnominasiya üzrə üç nominant seçir) və Virtual Münsiflər Heyəti (münsiflər heyəti yalnız “Virtual Münsiflər Heyətinin Seçimi” nominasiyasında iştirakçıların ümumi sayından cəmi üç nominantı seçir) öz seçimlərini edəcək.
İnternet istifadəçiləri, öz növbəsində, sosial login vasitəsilə Virtual Münsiflər Heyəti qismində saytda qeydiyyatdan keçib nominantların seçiminə təsir edə bilərlər.
Müsabiqədə qələbəyə iddia edənlərin NETTY 2024-ün nominantlarının yekun siyahısı 8 dekabr tarixində elan ediləcək.
Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin seçiminə əsaslanaraq, NETTY Akademiyası final səsverməyə başlayacaq. Akademiya mövcud nominasiyaların hər birində mükafatın qalibini müəyyən edəcək.
NETTY 2024 qalibləri rəsmi olaraq 18 dekabrda mükafatlandırmanın təntənəli mərasimində elan edilir. Mərasimə mükafatın bütün nominantları dəvət edilir.
Bu ilki mükafatı dəstəkləyənlər:
Baş tərəfdaş: NAR
Rəsmi tərəfdaş: Azərbaycan İnnovasiya Mərkəzi (AIM)
Tərəfdaşlar: SİMA, Crocusoft, Epoint, Matrix Akademiyası, SmartHost, Savalan, Renley
Kibertəhlükəsizlik üzrə partnyor: Cyberpoint
Layihənin informasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, Infocity.tech, Sapunov Online, Tech.az, «Каспий» qəzeti, Baku.TV, Baku.ws
Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.