Nazir müavini: “Bəzən qonşu ölkələr tezliklərlə bağlı razılaşmalara əməl etmir”

Nazir müavini: “Bəzən qonşu ölkələr tezliklərlə bağlı razılaşmalara əməl etmir” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sərhədyanı bölgələrdə radio, televiziya və mobil yayımla bağlı yaranan problemlərə aydınlıq gətirib.
İKT
7 Sentyabr , 2022 11:16
Nazir müavini: “Bəzən qonşu ölkələr tezliklərlə bağlı razılaşmalara əməl etmir”
Rövşən Rüstəmov

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sərhədyanı bölgələrdə radio, televiziya və mobil yayımla bağlı yaranan problemlərə aydınlıq gətirib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov “Report”a müsahibəsində bildirib ki, bu problemin aradan qaldırılması üçün təmsil etdiyi qurum ciddi fəaliyyət həyata keçirir:

“Sərhədyanı bölgələrdə həm mobil rabitə siqnallarının, həm də televiziya, radio yayımlarının digər ölkə ərazisinə nüfuz etməsi dünyada mövcud olan problemdir. Biz qonşu ölkələrlə yayımlarımızda radio dalğalarının və FM radiolarının yayımında ciddi problem hiss edirik. Relyefin gətirdiyi bəlli bir üstünlüklər var. Bir sıra hallarda bizim və ya qonşularımızın üstün olduğu ərazilər və stansiyalar vardır. Radio dalğalarının digər ölkə ərazisinə keçməsi normaldır. Ancaq bu, razılaşdırılmış məsafələrə qədər olmalıdır. Bax, bizim əsas koordinasiya nəticəmiz, məsələmiz həmin məsafələrə əməl etməkdir. Bəzi qonşu ölkələrdə həmin məsafə bir neçə dəfə artıqdır. Biz onun qarşısını almaq üçün danışıq aparırıq", - R. Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, bununla bağlı Beynəlxalq Telekommunikasiya İttifaqı ilə çoxsaylı danışıqlar olub: "Qeyd etdiyiniz kimi onların ekspertlərini dəvət etmişdik. Onlar özləri də şahidi oldular ki, sərhədyanı bölgələrdə bizim qonşu ölkələrlə yayımlarda problemlər var. Bu problemlərin ən doğru həlli koordinasiya yolu ilə baş tutur. Yəni sərhəd bölgəsində hansı tezliyin, hansı ölkə tərəfindən istifadə edilməsi razılaşma ilə baş verməlidir. Bizim qonşu ölkələrlə razılaşmalarımız var. Təəssüf ki, bu razılaşmalara bəzən əməl olunmur, təyin edilmiş tezliklərdə nəzərdə tutulmayan istiqamətlərdə və müəyyən edilmiş gücdən daha artıq güclü yayım vericilərindən istifadə olunur. Hansı ki, bu avadanlıqların gücü yalnız ölkə ərazisində yayımın təşkili üçün kifayət etməlidir. Çalışırıq ki, qonşularımızla bu sahədə münasibətlərimizi daha çox danışıq yolu ilə, koordinasiya yolu ilə həll edək.

Məsələn, bizim Ermənistanla Beynəlxalq Telekommunikasiya İttifaqı üzərindən koordinasiya görüşlərimiz olur. Artıq 5 koordinasiya görüşü uğurla baş tutub. Bu nə deməkdir? Deməli vasitəçilik üzərindən məsələni həll etmək mümkündür. Amma vasitəçilik nəticə verməsə, biz beynəlxalq aləmdə qəbul olunmuş və tətbiq edilən digər alətlərdən istifadə edə bilərik”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla müsahibənin tam mətni ilə buradan tanış olmaq olar

Son xəbərlər

Orphus sistemi