“iPhone12” yenə elektrik yükləyici ilə satılacaq

“iPhone12” yenə elektrik yükləyici ilə satılacaq Braziliyanın San-Paolo ştatının hökuməti “Apple” şirkəti üzərinə “iPhone12” cihazlarını elektrik yükləyicisi (adapter) ilə satmaq öhdəliyini qoyub.
İKT
3 Dekabr , 2020 14:46
“iPhone12” yenə elektrik yükləyici ilə satılacaq

Braziliyanın San-Paolo ştatının hökuməti “Apple” şirkəti üzərinə “iPhone12” cihazlarını elektrik yükləyicisi (adapter) ilə satmaq öhdəliyini qoyub.

“Report” xəbər verir ki, bu barədə ölkənin istehlakçıların hüquqlarını müdafiə edən “Procon-SP” agentliyi bildirib.

Hələ oktyabr ayında “Apple” yeni məhsulu olan “iPhone12” cihazını adapter və qulaqlıqsız satışa çıxaracaqlarını açıqladıqda “Procon-SP” şirkətə bunun səbəbinə dair sorğu göndərərək belə bir addımın istehlakçılara ziyan yetirməyəcəyini, ətraf mühitin mühafizəsi üçün zəruri olduğunu sübut etmələrini istəyib.

San-Paolo ştatının bu qərarının daha sonra bütün Braziliyaya şamil olunacağı bildirilir.

Xatırladaq ki, oktyabr ayında “Apple” şirkəti “iPhone12”ni adaptersiz və qulaqlıqsız təqdim olunacağını bildirərkən bunu ətraf mühitin mühafizəsi ilə, habelə əllərdə onsuz da “Apple” istehsalı 700 milyon qulaqlıq və 2 milyard adapterin olması ilə əsaslandırmışdı.

Son xəbərlər

Orphus sistemi