“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalında təqdim ediləcək

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalında təqdim ediləcək İyunun 27-dən “IMEI.az” informasiya sisteminin xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.
İKT
24 İyun , 2022 17:41
“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalında təqdim ediləcək

İyunun 27-dən “IMEI.az” informasiya sisteminin xidmətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar “IMEI.az” saytında təqdim edilən bütün xidmətləri (İMEİ kodun yoxlanılması, Mobil cihazların qeydiyyatdan keçirilməsi, Mobil cihazların qeydiyyat tarifləri) Vahid Elektron Xidmətlər Portalından əldə edə bilərlər.

Portalda qeydiyyatdan keçmədən hər üç xidmətdən yararlanmaq mümkündür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət təqdim edir. Hazırda onların bir platformada toplanması prosesi gedir. Vahid Elektron Xidmətlər Portalının yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, elektron hökumətin inkişafına müsbət təsir edəcək, səmərəliliyin və şəffaflığın daha da artırılmasına təkan verəcək.

Son xəbərlər

Orphus sistemi