“Google” və “Facebook”un işçiləri ilin sonuna qədər məsafədən işləyə biləcəklər

“Google” və “Facebook”un işçiləri ilin sonuna qədər məsafədən işləyə biləcəklər “Facebook” və “Google” evdən işləyə bilən işçilərə 2020-ci ilin sonunadək bu rejimdə çalışmağa icazə verəcəklərini açıqlayıb.
İKT
8 May , 2020 18:09
“Google” və “Facebook”un işçiləri ilin sonuna qədər məsafədən işləyə biləcəklər

“Facebook” və “Google” evdən işləyə bilən işçilərə 2020-ci ilin sonunadək bu rejimdə çalışmağa icazə verəcəklərini açıqlayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Hər iki şirkət ofislərini açmağa başlayacaq, lakin ciddi rejimə riayət etməyə davam edəcəklər.

“Facebook” ofislərini iyulun 6-dan açacaq. Amma konkret hansı işçilərin ofisə qayıdacağına hələlik qərar verilməyib. Məlumata görə, qərarı əməkdaşların özləri və ailələri qəbul edəcəklər. Qeyd edək ki, daha əvvəl “Facebook” əməkdaşları evdən işlədiklərinə görə 1 000 ABŞ dolları mükafat alıblar.

“Google” isə daha əvvəl işçilərini iyunun 1-dən ofislərə qaytarmağı planlaşdırsa da, artıq rəhbərlik fikrini dəyişib. Şirkətin baş direktoru Sundar Piçai ofisə qayıdışın sərt təhlükəsizlik tədbirləri görülməklə iyul ayında olacağını açıqlayıb. O əlavə edib ki, evdən tam şəkildə işləyə bilən işçilərin əksəriyyətinə ilin sonuna qədər məsafədən çalışmaq icazəsi veriləcək.

Son xəbərlər

Orphus sistemi