“Google” Azərbaycandakı payını ardıcıl 4-cü aydır itirir
- 02 iyul, 2025
- 20:56
Bu ilin iyun ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 79,89 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin iyun hesabatına istinadən verdiyi məlumata görə, bu, may ayına nisbətən 0,74 faiz bəndi, 2024-cü ilin iyun ayı ilə müqayisədə 11,17 faiz bəndi azdır. Beləliklə sistemin bazar payı ardıcıl olaraq 4-cü aydır azalır. Bu dövr ərzində sistem Azərbaycandakı payının 8 %-ni itirib.
İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 0,68 faiz bəndi, illik isə 10,7 faiz bəndi artaraq 17,87 %-ə çatıb.
Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,09 faiz bəndi, illik isə 0,04 faiz bəndi azalaraq 1,2 %-də qərarlaşıb.
Dördüncü yerdəki “Yahoo”nun bazar payı ay ərzində 0,06 %, illik müqayisədə isə 0,22 faiz bəndi artaraq 0,51 % təşkil edib.
İlk beşliyi qapadan “DuckDuckGo”nun bazar payı ay ərzində 0,09 faiz bəndi, illik müqayisədə isə 0,29 faiz bəndi artaraq 0,46 % olub.