“Google” Azərbaycandakı bazar payının 10 %-dən çoxunu itirib

İKT
  • 04 avqust, 2025
  • 16:07
“Google” Azərbaycandakı bazar payının 10 %-dən çoxunu itirib

Bu ilin iyul ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) “Google” axtarış sisteminin bazar payı 81,28 % (iyunda 79,89 % və 1 il əvvəl 90,64 %) təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 1,39 faiz bəndi çox, 2024-cü ilin iyun ayı ilə müqayisədə 9,36 faiz bəndi azdır. Beləliklə sistemin bazar payı 1 il əvvələ nisbətən iyulda 10,3 % azalıb.

İkinci pillədəki “Yandex”in bazar payı ay ərzində 1,47 faiz bəndi azalaraq, illik isə 8,85 faiz bəndi artaraq 16,4 % olub.

Növbəti yerdə qərarlaşan “Bing”in bazar payı aylıq müqayisədə 0,03 faiz bəndi artaraq, illik isə 0,03 faiz bəndi azalaraq 1,23 %-də qərarlaşıb.

Dördüncü yerdəki “DuckDuckGo”nun bazar payı ay ərzində 0,07 faiz bəndi, illik müqayisədə isə 0,35 faiz bəndi artaraq 0,53 % təşkil edib.

İlk beşliyi qapadan “Yahoo”nun bazar payı ay ərzində 0,04 faiz bəndi azalaraq, illik müqayisədə isə 0,18 faiz bəndi artaraq 0,47 % olub.

Son xəbərlər

Bütün Xəbər Lenti