Gələn il Azərbaycan-Türkiyə müştərək texnoparkı yaradılacaq

Gələn il Azərbaycan-Türkiyə müştərək texnoparkı yaradılacaq "Azərbaycan artıq 4-cü dəfədir ki, "Texnofest" - Texnologiya Festivalında təmsil olunur. Burada ölkəmizi9 start-up və 1 İT şirkəti təmsil edir".
İKT
269
21 Sentyabr , 2021 17:32
Gələn il Azərbaycan-Türkiyə müştərək texnoparkı yaradılacaq
Rəşad Nəbiyev

"Azərbaycan artıq 4-cü dəfədir ki, "Texnofest" - Texnologiya Festivalında təmsil olunur. Burada ölkəmizi 9 start-up və 1 İT şirkəti təmsil edir".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında "Teknofest-2021" tədbirində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdə olan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, festivalda ölkəmizin müxtəlif universitetlərində təhsil alan tələbələrdən ibarət 5 komanda da iştirak edir.

Bundan başqa, Rəşad Nəbiyev gələn ildən Azərbaycanda da "Teknofest"in təşkil olunması ilə əlaqədar türkiyəli həmkarı il razılığa gəldiyini bildirib: "Əlavə olaraq, hörmətli nazir Mustafa Varankla belə bir ilkin razılaşmamız var ki, gələn il Türkiyə-Azərbaycan müştərək texnoparkı yaradaq. Yəqin ki, hər şey planladığımız kimi getsə, gələn ilin sonlarına doğru bu texnoparkı tamamlayacayıq".

Son xəbərlər

Orphus sistemi