“Full” paketinə qoşulmuş “Nar” abunəçiləri hədiyyələr qazanıblar

“Full” paketinə qoşulmuş “Nar” abunəçiləri hədiyyələr qazanıblar Bakı. 2 fevral. REPORT.AZ/ “Nar” öz istifadəçiləri üçün daha bir kampaniya keçirib. 29 dekabr 2017-ci il – 28 yanvar 2018-ci il tarixləri arasında “Full” paketinə qoşulmuş və “Nar” stendinə yaxınlaşmış abunəçilər mobil operatordan hədiyyələr qazanıblar.
İKT
2 Fevral , 2018 16:40
“Full” paketinə qoşulmuş “Nar” abunəçiləri hədiyyələr qazanıblar

Bakı. 2 fevral. REPORT.AZ/ “Nar” öz istifadəçiləri üçün daha bir kampaniya keçirib. 29 dekabr 2017-ci il – 28 yanvar 2018-ci il tarixləri arasında “Full” paketinə qoşulmuş və “Nar” stendinə yaxınlaşmış abunəçilər mobil operatordan hədiyyələr qazanıblar.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Stendə yaxınlaşaraq kupon əldə etmiş abunəçilər arasından ən şanslı 3 nəfər iştirakçı təsadüfi keçirilmiş seçimlə qalib elan edilib. Beləliklə, “Samsung Galaxy S8” smartfonu qazanmış Elşad İsgəndərov, “Ipad Pro” planşeti udmuş Cavid Süleymanov və “Samsung Gear S3” saatı əldə etmiş Yetər Mustafayeva kampaniyanın qalibləri olublar.

Qeyd edək ki, “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin edib.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

Son xəbərlər

Orphus sistemi