ETX və Qazaxıstanın TSARKA təşkilatı Anlaşma Memorandumu imzalayıb

ETX və Qazaxıstanın TSARKA təşkilatı Anlaşma Memorandumu imzalayıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Qazaxıstanın TSARKA təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.
İKT
9 Avqust , 2024 10:33
ETX və Qazaxıstanın TSARKA təşkilatı Anlaşma Memorandumu imzalayıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Qazaxıstanın TSARKA təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, ETX-nin nümayəndə heyəti 5-7 avqust tarixində Qazaxıstana işgüzar səfər edib. Səfər çərçivəsində ETX və bu ölkənin özəl Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) olan TSARKA arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən Anlaşma Memorandumu imzalanıb. Memorandum tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.

Görüş zamanı, həmçinin tərəflər arasında əməkdaşlığın perspektivlərinə və TSARKA təşkilatının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təqdim etdiyi məhsul və xidmətlərə dair fikir mübadiləsi aparılıb.

ETX ölkə Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.

Son xəbərlər

Orphus sistemi