ETX: Kibertəhdidlərdə insan amili ilə bağlı riskləri azaltmaq üçün bir sıra tədbirlər görülə bilər
- 14 may, 2025
- 11:58
Kibertəhdidlərdə insan amili mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Sənan Vəlizadə Medianın İnkişafı Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzİnTelekom” MMC-nin birgə təşkil etdiyi “Media subyektləri üçün kibertəhlükəsizlik” mövzusunda keçirilən seminar və təlim zamanı bildirib.
Onun sözlərinə görə, insan amilini tamamilə aradan qaldırmaq mümkün olmasa da, riskləri azaltmaq üçün bir sıra tədbirlər görülə bilər:
“İlk növbədə istifadəçinin edə biləcəyi addımları minimuma endirmək lazımdır. Məsələn, əgər səhifə admin hesabı ilə idarə olunursa, həmin istifadəçiyə yalnız xəbər paylaşmaq imtiyazı verilməlidir. Bununla yanaşı, kibertəhlükələrə qarşı dayanıqlığın artırılması məqsədilə mütəmadi təlimlər və simulyasiyalar keçirilməlidir”.