Energetika Nazirliyinin qurumlarının informasiya sistemləri "Hökumət buludu"na köçürülür

Energetika Nazirliyinin qurumlarının informasiya sistemləri "Hökumət buludu"na köçürülür Bu barədə “Report”a Rəqəmsal İnkişa
İKT
19 Sentyabr , 2022 11:49
Energetika Nazirliyinin qurumlarının informasiya sistemləri Hökumət buluduna köçürülür

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və ona məxsus "Azalternativenerji" MMC-nin informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin Data Mərkəzinə ("Hökumət buludu") köçürülməsinə başlanılıb.

Bu barədə “Report”a RİİN-dən bildirilib.

Məlumata görə, ilkin mərhələdə ölkə ərazisində bərpa olunan enerji mənbələrinə dair bütün məlumatların miqrasiyası nəzərdə tutulur. Növbəti mərhələdə qurumun maliyyə sistemlərinin və şirkətə məxsus tətbiqlərinin də miqrasiyası müzakirə olunur.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

Son xəbərlər

Orphus sistemi