Dünya filatelistlərinin ən çox aldığı Azərbaycanın poçt markaları açıqlanıb

Dünya filatelistlərinin ən çox aldığı Azərbaycanın poçt markaları açıqlanıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC xarici filatelistlər tərəfindən ən çox alınan poçt markalarını açıqlayıb.
İKT
8 Fevral , 2024 11:47
Dünya filatelistlərinin ən çox aldığı Azərbaycanın poçt markaları açıqlanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC xarici filatelistlər tərəfindən ən çox alınan poçt markalarını açıqlayıb.

"Report"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib ki, 2023-cü ildən başlayaraq, dünya filatelistləri arasında ən məşhur onlayn marka satış platforması olan WOPA+ üzərindən Azərbaycanın poçt markalarının da satışına başlanılıb.

"Ötən il ərzində ən çox satılan poçt markalarının ilk beşliyinə isə “Avropa 2023. Sülh insanlığın ən böyük dəyəridir”, “Mahatma Qandinin anadan olmasının 150 illik yubileyi”, “Azərbaycan – Ukrayna diplomatik əlaqələrinin 30 illiyi”, “Avropa 2022 – Miflər və hekayələr – Simurq”, “Avropa 2022 – Miflər və hekayələr – Təpəgöz” markaları daxil olub", - qurum qeyd edib.

Xatırladaq ki, transformasiya mərhələsində kommersiyalaşmanın düzgün idarə edilməsi üçün “Azərmarka” MMC “Azərpoçt” MMC-yə qoşularaq yenidən təşkil edilib.

Son xəbərlər

Orphus sistemi