Dünya Bankı Azərbaycanda rəqəmsal bacarıqlara olan ehtiyacı qiymətləndirir

Dünya Bankı Azərbaycanda rəqəmsal bacarıqlara olan ehtiyacı qiymətləndirir Azərbaycanda rəqəmsal bacarıqlara ehtiyacın qiymətləndirilməsi ilə bağlı hesabat hazırlanır və bu ilin iyun ayının sonunadək tərəfdaşlara təqdim olunacaq.
İKT
31 May , 2024 14:36
Dünya Bankı Azərbaycanda rəqəmsal bacarıqlara olan ehtiyacı qiymətləndirir

Azərbaycanda rəqəmsal bacarıqlara ehtiyacın qiymətləndirilməsi ilə bağlı hesabat hazırlanır və bu ilin iyun ayının sonunadək tərəfdaşlara təqdim olunacaq.

"Report" xəbər verir ki, bunu Dünya Bankının konsultantı Xalisə Şahverdiyeva Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.

O bildirib ki, qiymətləndirmə Bakı şəhəri və Bərdə, Şərur, Ağdaş, Hacıqabul, Kəngərli, Qax, Oğuz rayonlarında 10 icmada ayrı-ayrı vətəndaşları və müxtəlif maraqlı tərəfləri əhatə edir: “Bu istiqamətdə məlumatların toplanması tamamlanıb. Hesabatda əhalinin internet xidmətlərinə çıxışı, bu istiqamətdə çətinliklər, rəqəmsal bacarıqların artırılması və sair mövzularda tövsiyələr əksini tapacaq”.

Son xəbərlər

Orphus sistemi