Naxçıvan Muxtar Respublikasının 5 dövlət informasiya ehtiyatlarının “gov.az” zonasına köçürülməsi ilə bağlı informasiya təhlükəsizliyi üzrə audit yoxlamaları aparılır.
Bunu "Report"a müsahibəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, general-leytenant İlqar Musayev deyib.
Onun sözlərinə görə, “gov.az” zonasına hazırda 6 dövlət informasiya ehtiyatı köçürülüb.
İ.Musayevin sözlərinə görə, ümumilikdə bu işlərin 6 ay ərzində tamamlanması planlaşdırılıb:
"Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədi ilə “AzStateNet” Data və İnternet şəbəkələrinin Naxçıvan Muxtar Respublikasında qurulması və dövlət qurumlarının bu şəbəkəyə qoşularaq təhlükəsizliyinin gücləndirilməsi, eyni zamanda dövlət informasiya ehtiyatlarının “gov.az” zonasına keçirilməsi istiqamətində işləri davam etdiririk.
Məlumat üçün qeyd edim ki, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası idarəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Sərhəd Xidməti, Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsinin “AzstateNet” Data və İnternet şəbəkələrinə qoşulması təmin edilib".
Müsahibənin tam mətni ilə burada tanış olmaq mümkündür.