Demokrat senator “Microsoft”u kəskin tənqid edib

Demokrat senator “Microsoft”u kəskin tənqid edib ABŞ-ın demokrat senatoru Ron Uayden ölkənin Ədliyyə Departamentini kibertəhlükəsizliklə bağlı səhlənkarlığa görə “Microsoft” texnologiya şirkətini məsuliyyətə cəlb etməyə çağırıb.
İKT
28 İyul , 2023 23:22
Demokrat senator “Microsoft”u kəskin tənqid edib

ABŞ-ın demokrat senatoru Ron Uayden ölkənin Ədliyyə Departamentini kibertəhlükəsizliklə bağlı səhlənkarlığa görə “Microsoft” texnologiya şirkətini məsuliyyətə cəlb etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “ArsTechnica” məlumat yayıb.

Onun sözlərinə görə, “Microsoft”un işindəki çatışmazlıqlar çinli hakerlərə bulud xidmətinin müştərilərinin yüz minlərlə elektron məktublarını oğurlamağa imkan verib. Onların arasında Dövlət Departamentinin və ABŞ Ticarət Nazirliyinin əməkdaşları da olub.

“Microsoft” mühəndisləri heç vaxt sistemləri sızmaya səbəb olacaq şəkildə inkişaf etdirməməli idilər. Bu aşkar qüsurlar “Microsoft”un daxili və xarici təhlükəsizlik auditləri zamanı aşkar edilməli idi”.

Ədliyyə Departamentinə, Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinə və Federal Ticarət Komissiyasına göndərdiyi məktubda senator həmçinin “Microsoft”un bu yaxınlarda baş vermiş sındırmanın əsas təfərrüatlarını ört-basdır etməyə davam etməsinə etiraz edib.

Son xəbərlər

Orphus sistemi