Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər platformasının tərəfdaş çevrəsi genişlənməkdə davam edir. SİMA vasitəsilə xidmətini rəqəmsallaşdıran növbəti qurumlar “Ferrum Capital”, “Aze Bilişim Finans”, “Home Finance” və “Data Support” MMC-lər olub.
“Ferrum Capital” “SİMA KYC” rəqəmsal həlli ilə müştərilərin avtorizasiya olunması xidmətini rəqəmsallaşdırıb. İstifadəçilər platformaya keçdikdən sonra limitlərinə nəzarət etmək, investisiya etmək, ödənişlər həyata keçirmək və ödəniş tarixçələrini izləmək kimi əməliyyatları icra edə bilərlər. “Aze Bilişim Finans”ın istifadəçiləri “SİMA KYC” rəqəmsal həlli ilə qeydiyyat, şəxsiyyətin təsdiqlənməsi, müqavilə imzalanması və məxaric əməliyyatlarını rəqəmsallaşdırıb.
“Home Finance" bank olmayan kredit təşkilatı kimi kredit müqavilələrinin imzalanması xidmətini “SİMA İmza” vasitəsilə onlayn formaya keçirib. “Data Support” isə daxili sənəd dövriyyəsini “SİMA İmza” vasitəsilə rəqəmsallaşdırıb.
SİMA ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. “SİMA KYC” isə qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla şəxsin identifikasiyasını real vaxt rejimində əldə etmək imkanı yaradır. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər. SİMA məhsulları ilə bağlı ətraflı məlumatı