Çində 5G baza stansiyalarının sayı 3,92 milyona çatıb
İKT
- 09 avqust, 2024
- 21:26
Çində iyunun sonuna yeni nəsil 5G rabitə şəbəkələrinin baza stansiyalarının sayı təxminən 3,92 milyon ədəd təşkil edib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnformasiyalaşdırma Nazirliyi məlumat yayıb.
Beləliklə, ilin birinci yarısında onların sayı 540 min ədəd artıb. Onların ölkə üzrə mobil rabitə baza stansiyalarının ümumi sayındakı xüsusi çəkisi 33 %-ə çatıb.
Çində iyunun sonunda 927 milyon 5G mobil abunəçisi olub ki, bu da 2023-cü ilin sonundakı göstəricidən 105 milyon nəfər çoxdur. Bu, ölkənin aparıcı telekommunikasiya şirkətlərinin – “China Telecom”, “China Mobile”, “China Unicom” və “China Broadnet”in ümumi abunəçilərinin 52,4 %-ni təşkil edir.
Son xəbərlər
00:55
Hakan Fidan: Tehrana tövsiyəmiz odur ki, insanların tələbləri nəzərə alınsın
Region00:28
Komitə: Tovuzda küçədə yaşayan uşaq xəstəxanaya, anası tibb müəssisəsinə yerləşdirilib
Sosial müdafiə00:19
KİV: Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ danışıqları başa çatıb - YENİLƏNİB
Digər ölkələr00:08
Zelenski: Əbu-Dabi danışıqlarında müharibənin bitməsi üçün parametrlər müzakirə olunur
Digər ölkələr23:49
Pakistanda toy mərasimində partlayış nəticəsində azı beş nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr23:36
Video
Hakan Fidan: Netanyahu Ərdoğanın Sülh Şurasına üzv olmasına qarşı idi
Region23:21
Orban: Aİ-nin Ukraynanın bərpası ilə bağlı planı "maliyyə bombası"dır
Digər ölkələr23:08
Merts: Aİ-nin MERCOSUR ilə azad ticarət sazişi demokratik və legitimdir
Digər ölkələr22:59