“Chrome”un Azərbaycandakı payı iyulda 6 %-dən çox azalıb

İKT
  • 04 avqust, 2025
  • 11:15
“Chrome”un Azərbaycandakı payı iyulda 6 %-dən çox azalıb

Bu ilin iyul ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,28 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi məlumata görə, bu, iyun ayına nisbətən 6,1 faiz bəndi, 2024-cü ilin iyul ayı ilə müqayisədə 1,63 faiz bəndi azdır.

İkinci pillədəki “Safari”nin bazar payı aylıq 2,82 faiz bəndi, illik isə 1,16 faiz bəndi artaraq 10,11 % olub.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ay ərzində 0,70 faiz bəndi artaraq, illik müqayisədə isə 1,32 faiz bəndi azalaraq 3,53 % təşkil edib.

Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,84 faiz bəndi, illik isə 0,19 faiz bəndi artaraq 2,73 % təşkil edib.

İlk beşliyi qapadan “Yandex Browser”in bazar payı aylıq 0,53 faiz bəndi, illik isə 0,73 faiz bəndi artaraq 1,87 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 81,15 % (aylıq 0,39 faiz bəndi çox və illik 0,40 faiz bəndi az);

“Edge” – 6,04 % (aylıq 0,04 faiz bəndi və illik 0,05 faiz bəndi çox);

“Opera” – 4,23 % (aylıq 0,54 faiz bəndi və illik 0,48 faiz bəndi az);

“Yandex Browser” – 2,9 % (aylıq 0,26 faiz bəndi az və illik 1,05 faiz bəndi çox);

“Safari” – 2,4 % (aylıq 0,16 faiz bəndi çox və illik 0,94 faiz bəndi az);

Mobil cihazlarda:

“Chrome” – 77,17 % (aylıq 8,18 faiz bəndi və illik 2,38 faiz bəndi az);

“Safari” – 13,12 % (aylıq 4,71 faiz bəndi və illik 2,62 faiz bəndi çox);

“Samsung Internet” – 4,96 % (aylıq 1,45 faiz bəndi çox və illik 1,44 faiz bəndi az);

“Opera” – 2,15 % (aylıq 0,93 faiz bəndi və illik 0,25 faiz bəndi çox);

“Yandex Browser” – 1,47 % (aylıq 0,55 faiz bəndi və illik 0,54 faiz bəndi çox);

Planşetlərdə:

“Chrome” – 76,49 % (aylıq 6,76 faiz bəndi və illik 6,99 faiz bəndi çox);

“Safari” – 15,49 % (aylıq 0,46 faiz bəndi və illik 7,19 faiz bəndi az);

“Android” – 5,13 % (aylıq 6,42 faiz bəndi və illik 0,12 faiz bəndi az);

“Opera” – 1,12 % (aylıq 0,16 faiz bəndi az və illik 0,33 faiz bəndi çox);

“Yandex Browser” – 0,97 % (aylıq 0,38 faiz bəndi az və illik 0,03 faiz bəndi çox);

Son xəbərlər

Bütün Xəbər Lenti